Avropa İttifaqı (Aİ) Çinə məxsus 7 texnologiya şirkətinə Rusiyaya avadanlıq tədarük etmələri səbəbi ilə sanksiyalar tətbiq edərsə, Çin öz maraqlarını qoruyacaq.
Bu barədə Çin XİN-in sözçüsü Vanq Venbin mətbuat konfransında deyib.
Rəsmi Pekin Avropa İttifaqını “səhv etməməyə” çağırıb.
Diplomatın sözlərinə görə, Çin hakimiyyəti Pekinə təzyiq bəhanəsi altında Qərbin Çin-Rusiya əməkdaşlığı ilə bağlı məsələlərdə spekulyasiya etməsinin qəti əleyhinədir.