Dünya Bankı Ukraynaya təxminən 190 milyon avro kredit ayırıb.
Bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Naziriyinin sözlərinə görə, kreditin ödəniş müddəti 10 il, güzəşt müddəti isə 4 il olacaq.
Dünya Bankının göndərdiyi vəsait bu ilin fevral ayı üzrə dövlət orqanlarında çalışan işçilərin və müəllimlərin əmək haqqlarının ödənilməsi üçün Ukrayna dövlət büdcəsindən ayrılan xərcləri qismən ödəyəcək.