Ermənistandan sığınacaq istəyən İran vətəndaşlarının sayı artıb.
Bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidməti məlumat yayıb.
Məlumata görə, İran vətəndaşları Ermənistandan sığınacaq istəyən ölkələr siyahısında üçüncü yerdə qərarlaşıb. Belə ki, ötən il 106 iranlı bu ölkədən sığınacaq istəyib. 2022-ci ildə 30 vətəndaşın müraciətinə baxılması dayandırılıb, 17 sığınacaq müraciətinə rədd cavabı verilib, 19 nəfər qaçqın statusu alıb, İranın 3 vətəndaşının qaçqın statusuna xitam verilib.
Ötən il ən çox Ukrayna vətəndaşı Ermənistana sığınacaq üçün müraciət edib: 484 nəfər.
Siyahıda sonrakı yerdə İraq qərarlaşıb: 198 nəfər.