Nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Lənkəran rayonu, Vilvan kəndində fəaliyyət göstərən fiziki şəxs Qasımov Ağababa Əjdər oğluna məxsus çörək istehsalı müəssisəsində plandankənar yoxlama aparılıb.
Banker.az AQTA-ya istinadən xəbər verir ki, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Belə ki, müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, xammalların və inqrediyentlərin çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə tam təmin edilmədiyi, həmçinin müvafiq təmizlik işlərinin aparılmadığı aşkar olunub.
Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.