Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyanın viza rejimini ləğv etməsini qəbuledilməz adlandırıb. Ölkə başçısı bunu təxribat hesab edir, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Xatırladaq ki, daha öncə Rusiya Gürcüstanla viza rejimini ləğv etdiyini açıqlayıb.
Putinin göstərişinə əsasən, mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv olunur.