ABŞ-ın bank sektorunun birinci rübündə mənfəəti mütləq rekorda çatıb – demək olar ki, 80 milyard dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33% çoxdur. “BankRegData”nın məlumatına görə, bu, iki böyük bankın müflisləşməsi və ekspertlərin 2008-ci ildən bəri bank sektorundakı ən güclü streslə bağlı böhran fonunda baş verib. Onların hesablamalarına görə, birinci rübdə ABŞ banklarının yalnız 5%-i (197 şirkət) zərər görüb.
“Financial Times”ln qeyd etdiyi kimi, faiz dərəcələrinin artması, kredit borclarının azalması və əmək bazarındakı yükəliş Amerika banklarına kömək edib. Ən böyük gəlir ABŞ-ın “JPMorgan Chase”ə məxsus olub – 11.7 milyard dollar. Ən böyük zərər isə Kaliforniyanın “PacWest” bankında qeydə alınıb – 1.2 milyard dollar.
Nəşrin qeyd etdiyi kimi, cari rübdə bankların mənfəətinin rekord və ya ən azı yüksək olacağını gözləməyə dəyməz. Belə ki, birinci rübdə bankların faiz ödənişləri üzrə məcmu xərclərinin ötən illə müqayisədə 10 dəfə artaraq 85 milyard dollara çatması bunu sübut edir.