20 C
Baku
Monday, October 7, 2024

İsveçrədə “zibil” probleminin mükəmməl həlli

İsveçrə – sözün əsl mənasında ideal təmizlik ölkəsidir. Burada tullantılar ilə mübarizə aparmaq üçün ciddi tədbirlər görülmüş və sona qədər mükəmməl şəkildə həyata keçirilmişdir.

Qeyd edək ki, 80-ci illərdə burada əsl ekoloji fəlakət hökm sürürdü: bütün çay və göllər fosfat və nitrat ilə, torpaq isə ağır metallarla çirkləndirilmişdi. Bundan əlavə, insanların gündəlik olaraq istehsal etdikləri tonlarla zibili də unutmaq olmaz. Ölkədə vəziyyət getdikdə pisləşirdi və təcili tədbir görmək lazım idi.

Burada tullantılarla mübarizə aparmağın ən effektiv üsulu tullantıları növlərinə görə qruplaşdırmaq oldu. Burada heç kəs üçün istisna yoxdur. Hər kəs zibili müxtəlif konteynerlər üzrə ayırmağa məcburdur.

402310-R3L8T8D-650-musor2

Məsələn, istifadə etdiyiniz çay paketini götürək: etiketi – karton, paketin özünü – köhnə kağız, dəmin özünü – onun üçün nəzərdə tutulmuş qutuya atmalısımız. Bu zarafat kimi görünə bilər, lakin bu İsçevrədə realdır. Bütün bunlarla razılaşmayan şəxsləri isə cərimə gözləyir.

Burada hər gün emal üçün atılan tullantılar hansılardır:

  • Kağız. Ölkədə istifadə olunan kağızın 70%-i yenidən emal edilmiş kağızdır.
  • Kağızdan ayrı olaraq emal edilir və onun emal edilməsi nisbətən bahadır.
  • İsveçrədə satılan batareyaların 60%-i istifadə edildikdən sonra geri qaytarılır və heç bir halda zibil qutusuna atılmır.
  • Şüşə. İsveçrə istifadə edildikdən sonra zavodlara geri qaytarılan şüşə həcminə görə dünyada liderdir. İstifadə edilən şüşələrin 90%-i emal üçün təhvil verilir.
  • Plastik şüşələr. Onların 71%-i yenidən emal edilir
  • Köhnə elektrik cihazları.
  • Konserva qutuları.
  • Aliminium qutular.
  • Heyvanların cəsədi. Basdırmaq qadağandır, buna görə pul ödəmək tələb olunur.
  • Bitki yağı.
  • Maşın yağı.
  • Daş, farfor kimi neytral məişət əşyaları.
  • Vaxtı keçmiş dərmanlar.

402360-R3L8T8D-650-750x-1

Qeyd edək ki, zibili lazımi növlərə görə ayırmayıb sadəcə zibil qutusuna atdıqda həmin vətəndaşı cərimə gözləyir və cərimə tullantının kiloqramına görə hesablanır. 5 kiloqramlıq zibili atmaq 2-3 franka başa gələcək.

Bundan əlavə, burada xüsusi zibil polisi fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər