8 C
Baku
Friday, November 29, 2024

Aİ Gürcüstanı Rusiyaya qarşı sanksiyaları dəstəkləməyə çağırıb

Avropa İttifaqı (Aİ) Gürcüstanı Rusiya təyyarələrinin onun ərazisinə daxil olmasının qarşısını almaq üçün aviasiya sahəsində Rusiya Federasiyasına qarşı sanksiyaları dəstəkləməyə çağırır, bu barədə Aİ xarici xidmətinin nümayəndəsi Piter Stano bildirib.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Xatırladaq ki, mayın 10-da Rusiya ilə Gürcüstan arasında birbaşa hava əlaqələri bərpa olunub. 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra Moskva Gürcüstanla viza rejimi tətbiq etmişdi. Mayın 10-da Rusiya Prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün viza rejiminin mayın 15-dən etibarən ləğv edilməsi haqqında fərman imzalayıb.

Son xəbərlər
Digər xəbərlər