9 C
Baku
Friday, December 13, 2024

“S&P” Azərbaycanda problemli kreditlərlə bağlı proqnozunu açıqlayıb

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda bank sektoru üzrə problemli kreditlərlə bağlı proqnozunu açıqlayıb.

Agentlik 2025-ci ilə kimi Azərbaycanda problemli kreditlərin nisbətən artacağını proqnozlaşdırıb.

Belə ki, 2022-ci il üzrə vaxtı ötmüş kreditlərin ümumi kredit portelinə nisbəti 2.9% təşkil edib. “Standard & Poor’s” bu il üzrə problemli kreditlərin 3.1%, 2024-cü ildə isə 3.2%-ə kimi artacağını müəyyən edib.

S&P bank sektorunda kredit itkilərinin artacağını proqnozlaşdırıb. Reytinq agentliyi kredit itkilərinin ümumi kredit portfelinə nisbətinin 2023 və 2024-cü illər üçün 1.2% müəyyən edib.

Qeyd edək ki, ötən il üzrə bu rəqəm 1% təşkil edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər