Fransanın “BNP Paribas” bank-maliyyə qrupu bundan sonra yeni neft və qaz yataqlarının işlənməsi üçün maliyyə ayırmayacaq.
Bu barədə cümə axşamı qurumun saytında dərc olunmuş press-relizdə deyilir.
“BNP Paribas” artıq maliyyə şərtlərindən asılı olmayaraq, yeni neft və ya qaz yataqlarının işlənməsi layihələrini maliyyələşdirmir və müvafiq olaraq sektoral siyasətini yeniləyib”, – deyə məlumatda bildirilir.
Qeyd olunur ki, şirkət enerji sektorunda aşağı karbonlu layihələrin maliyyələşdirilməsinin payını 80 %-ə çatdırmaq məqsədinə sadiqdir.
“BNP Paribas” 2000-ci ildə “Banque Nationale de Paris” (BNP) bankının və “Paribas” investisiya bankının birləşməsi nəticəsində yaranıb.