Rusiya “Taxıl sazişi”nin sonsuz uzadılmasına və ya genişlənməsinə qarşıdır.
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin İstanbulda Rusiya Federasiyası, Ukrayna, Türkiyə və BMT arasında “Taxıl sazişi” üzrə aparılan danışıqların yekununda bildirib.
Onun sözlərinə görə, Rusiya bir sıra Qərb ölkələrinin tərəfdarı olduğu “Taxıl sazişi”nin sonsuz uzadılmasına və ya genişlənməsinə qarşıdır.
Verşinin mayın 18-də başa çatacaq “Taxıl sazişi”nin uzadılması məsələsində irəli qaçmamağa çağırıb.
“Gəlin irəli qaçmayaq. Bilirsiniz ki, vaxtında Qara dəniz təşəbbüsünün sonuncu dəfə 60 gün, yəni mayın 18-dək uzadılması ilə bağlı qərar qəbul edilmişdi. Hələ bir az vaxt var. Təbii ki, biz bu təşəbbüsün təhrif və çatışmazlıqlarını düzəltmək üçün görülən işləri çox diqqətlə izləyirik”, – deyə rusiyalı diplomat vurğulayıb.
Verşinin nazir müavinləri səviyyəsində “Taxıl sazişi” ilə bağlı yeni görüşün planlaşdırılmadığını, lakin Rusiyanın Türkiyə və BMT ilə əlaqəni davam etdirdiyini əlavə edib.