Amerikalı sahibkar və milyarder İlon Mask altı həftə ərzində “Twitter“in baş direktoru vəzifəsini tərk edəcəyini açıqlayıb.
Bu barədə o, mikrobloqunda yazıb.
Bundan əvvəl “Twitter“in qurucusu və keçmiş rəhbəri Cek Dorsi Maskın şirkəti almasını tənqid etmişdi.
“Bloomberg“in məlumatına görə, “Twitter”i satın almaqla bağlı ilkin razılığa müsbət yanaşan iş adamı fikrini dəyişib.
Mask “Twitter”in alışını 2022-ci il oktyabrın 27-də tamamlayıb. Oktyabrın 28-də məlum olub ki, sahibkar şirkəti alandan sonra əvvəlki rəhbərliyi işdən çıxarıb.