®Natiq Novruzov “Rabitəbank” ASC-nin İdarə Heyətinin üzvü (Baş risk inzibatçısı) təyin edilib.
20 illik bank təcrübəsinə malik olan Natiq Novruzov 2003-2005-ci illərdə “Aqrarkredit” QSC-də mühasib və aparıcı kredit mütəxəssisi, 2005-2007-ci illərdə “İcraçı Kredit Agentliyi” MMC-də monitorinq şöbəsinin rəisi, 2007-2010-cu illərdə isə “CredAgro” BOKT-da filial müdiri kimi müxtəlif vəzifələrdə çalışmışdır.
2010-cu ildə “Rabitəbank” ASC-nin “Kreditlərin Təhlili” Şöbəsində müdir kimi başlamışdır. 2011-2013-cü illərdə “Rabitəbank” ASC-nin Risklərin İdarə Edilməsi Departamentində Direktor müavini, 2013-2020-ci illərdə isə “Kreditlərin Təhlili” Departamentinin Direktoru vəzifəsində çalışmışdır.
2020-ci ildən “Rabitəbank” ASC-nin Risk üzrə Baş Direktorun Müavini vəzifəsində çalışırdı.
Natiq Novruzov 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” ixtisası üzrə bakalavr, 2008-ci ildə isə eyni ixtisas üzrə magistr dərəcəsini almışdır.
2017-ci ildə Böyük Lüksemburq Hersoqluğu hökuməti tərəfindən həyata keçirilən “Risklərin İdarə Edilməsi” üzrə sertifikatlaşdırma proqramını, 2021-ci ildə isə Boğaziçi Universitetinin təşkil etdiyi mini MBA proqramını uğurla başa vurub.