Ermənistan silahlı qüvvələri artilleriya qurğularından mövqelərimizi atəşə tutub, bölmələrimiz itki verməyib

Mayın 12-si saat 18:00 radələrində Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini D-30 topları və minaatanlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür. Bölmələrimiz itki verməyib”, məlumatda deyilir.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər