Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Maksat Babayevi dövlət naziri və “Türkmənqaz” dövlət konserninin sədri təyin edib.
Buna qədər M.Babayev konsern rəhbərinin müavini vəzifəsində çalışıb.
“Türkmənqaz”ın keçmiş rəhbəri Batır Amanov da vəzifəsi artırılıb. O, Baş nazirin Yanacaq-energetika kompleksinə nəzarət edən müavini olub.