Avropa Komissiyası 2023-2024-cü illər üçün “Brent” markalı neftin bir barelinin qiyməti üzrə proqnozunu yüksəldib.
Qurum 2023-cü ildə “Brent” markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 63,9 ABŞ dollarından 76,3 dollaradək yüksəldib.
Proqnoza görə, 2024-cü ildə “Brent” neftinin qiyməti 72,1 dollar təşkil edəcək (öncəki proqnoza əsasən 61,6 dollar).