16 C
Baku
Friday, October 18, 2024

ÜST Moskvadakı ofisini bağlayır

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin xüsusi sessiyası zamanı Moskvada ÜST-ün ofisinin bağlanması qərara alınıb.

Bu barədə Ukrayna səhiyyə naziri Viktor Lyaşkoya məlumat yayıb.

“ÜST-ün Moskvada qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Avropa ofisi bağlanacaq. Onun funksiyaları Kopenhagenə veriləcək”, – açıqlamada deyilir.

Qeyd olunub ki, bu gün Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin xüsusi sessiyası zamanı üzv dövlətlərin mütləq əksəriyyəti müvafiq qərarın lehinə səs verib.

Son xəbərlər
Digər xəbərlər