11 C
Baku
Monday, November 25, 2024

Belarusun Hava Hücumundan Müdafiə Qüvvələri bir nömrəli döyüş hazırlığına keçib

Vəziyyət kritik deyil, lakin həyəcanverici amillər var.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının Mərkəzi Komanda Məntəqəsinə səfəri zamanı deyib.

Prezidentə hava hücumundan müdafiə üzrə döyüş növbətçiliyinin təşkili və yerinə yetirilməsi barədə məlumat verilib.

“Biz dövlətimizin təhlükəsizlik məsələlərini, xüsusən də hava məkanında baş verənləri çox tez-tez müzakirə edirik. Vəziyyət kritik deyil. Baxmayaraq ki, narahatedici amillər var”, – deyə o bildirib.

Lukaşenko bildirib ki, üç gün əvvəl Bryansk vilayətində vurulan təyyarə və vertolyotlardan sonra qoşunlar yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Andrey Lukyanoviç bildirib ki, qərb, cənub sərhədində baş verən son hadisələr, o cümlədən ABŞ-ın rəhbərlik etdiyi NATO ölkələrinin davam edən döyüş hazırlığı fəaliyyəti ilə əlaqədar olaraq növbətçi qüvvələr gücləndirilmiş iş rejimində xidmət göstərir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər