9 C
Baku
Thursday, December 12, 2024

Moskva və Kiyev Afrika ölkələrinin sülh missiyasını qəbul etməyə razılaşıb

Rusiya və Ukrayna hökumətləri münaqişənin həlli üçün Afrika ölkələrinin sülh missiyasını qəbul etməyə razılaşıblar.

Bu barədə Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Siril Ramaposa Sinqapurun Baş naziri Li Hsien Loonqla görüşündən sonra mətbuat konfransı zamanı deyib.

Ramaposa onu da qeyd edib ki, bu təşəbbüslə bağlı BMT-nin Baş katibi Antonio Quterreş və Afrika İttifaqının rəhbərliyi məlumatlandırılıb.

Onun sözlərinə görə, Ukrayna münaqişəsinin həlli üçün təşəbbüslə çıxış edən ölkələr sırasında Misir, Zambiya, Konqo, Seneqal, Uqanda və Cənubi Afrika yer alır.

CAR lideri sülh missiyasının həyata keçiriləcəyi tarixi dəqiqləşdirməyib.

Ramaposa çıxışı zamanı xüsusilə vurğulayıb ki, Afrika Ukraynadakı münaqişədən narahatdır, çünki bu böhran Afrika ölkələrinə birbaşa təsir edir, ərzaq və yanacağın qiymətlərinin artmasına səbəb olur. Buna görə də Afrika ölkələri liderləri qrupu hesab edir ki, Afrika Ukraynadakı mövcud münaqişənin həllinə töhfə verəcək və onu təşviq edəcək sülh təşəbbüsü ilə çıxış etməlidir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər