2023-cü ilin yanvar-fevral aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10.6 faiz artaraq 1083 manat təşkil edib.
Bu barədə Banker.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Qeyd edək ki, 2023-cü ilin yanvar ayında muzdla Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1086,9 manat təşkil edib ki, bu da aylıq müqayisədə 3.9 manat və ya 0.4% azalma deməkdir.