Finlandiya hökuməti Rusiyadakı səfirliyi və konsulluğunu bağlamağı planlaşdırmır.
Bunu ölkənin xarici işlər naziri Pekka Haavisto deyib.
Nazir qeyd edib ki, Rusiyanın paytaxtında yerləşən Finlandiya səfirliyinin və Sankt-Peterburq şəhərindəki konsulluğunun bank hesabları dondurulub, hazırda işləmir.
Rusiya Mərkəzi Bankı məsələ ilə bağlı sorğuya cavab verməyib, lakin buna baxmayaraq Finlandiya hökuməti Rusiyadakı səfirliyi və konsulluğunu bağlamağı planlaşdırmır.