Marie Curie aplastik anemiya xəstəliyindən dünyasını dəyişib. O təcrübələr zamanı radioaktiv maddələr ilə yoluxduqdan sonra bu nadir xəstəliyə düçar olmuşdu. Lakin bu təcrübələr polonium və radiumun kəşf edilməsinə səbəb olmuşdu.
Curie eyni anda iki sahə – fizika və kimya üzrə Nobel mükafatına layiq görülmüş yeganə qadındır. Onun araşdırmaları həmçinin 1896-cı ildə fransız fizik Henri Becquerel-in uranı kəşf etməsinə kömək etmişdi.
Artıq 100 il keçməsinə baxmayaraq, bu məşhur alimin geyim, mebel, reseptlər kitabı, laboratoriya qeydləri də daxil olmaqla şəxsi əşyaları radioaktiv maddələrlə yoluxmuş halda olaraq qalır. Curie-nin bu əşyaları Fransanın milli dəyərləri hesab edilir və Paris Milli kitabxanasında etibarlı qutularda saxlanılır.
Kitabxanaya səfər edən və Curie-nin iş gündəliyi və jurnalları ilə tanış olmaq istəyən şəxslər ilk olaraq bu əşyaların təhlükəli olduğunu bildikləri və 226 radium ilə yoluxmamaq üçün təhlükəsizlik geyimini mütləq olaraq geyməli olduqları barədə sənədə imza atmalıdırlar. Təhlükənin tam olaraq aradan qalxması üçün 1600 il tələb olunur. Bu isə o deməkdir ki, insanlar hələ min il yarım təhlükəsizlik tədbirlərinə əməl etməlidirlər.
Yeri gəlmişkən, qeyd edək ki, Curie-nin cəsədi də radioaktiv maddələrlə yoluxmuşdu. Onun dəfn edildiyi tabutun ağırlığı çox idi. O daxildən 2,5 santimetr qalınlığında qurğuşun ilə örtülüb. Marie Curie həyat yoldaşı Pierre Curie ilə birgə Paris Panteonunda dəfn edilib.