10 C
Baku
Wednesday, December 11, 2024

“Azərkosmos” kənd təsərrüfatı ərazilərinin monitorinqini aparacaq

“Azərkosmos” və Azərbaycanın kənd təsərrüfatının ən iri şirkəti olan “Agro Dairy” peyk təsvirlərinin kənd təsərrüfatı sahələrinin monitorinqində istifadəsinə dair əməkdaşlıq müqaviləsi imzalayıb.

Müqavilə “Caspian Agro” Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində imzalanıb.

Bu əməkdaşlıq sayəsində peyk təsvirlərindən istifadə etməklə ölkədə kənd təsərrüfatı ərazilərinin, əkinlərin inkişaf vəziyyətinin monitorinqi aparılacaq və əkin ərazilərinin elektron xəritəsinin hazırlanması layihələri həyata keçiriləcək.

Bitki örtüyü xəritəsinin hazırlanmasında il ərzində müxtəlif aylarda dövri peyk təsvirləri, o cümlədən “Azersky” peykinin arxiv bazasında toplanmış təsvirlərdən də istifadə olunacaq.

Peyk təsvirləri əsasında şumlanmış ərazilərin monitorinqi, deqradasiyaya uğramış torpaqların müəyyənləşdirilməsi nəzərdə tutulub. Eyni zamanda məhsuldarlığın proqnozlaşdırılması, əkin sahələrində yayılmış xəstəliklərin inkişaf dinamikasının və bitkilərin vegetasiya dövrünün davamlı olaraq monitorinqi aparılacaq. Kənd təsərrüfatı sahəsində baş verən dəyişikliklər üzrə operativ məlumatın təmin olunması məqsədilə sözügedən peyk xidmətləri rəqəmsal platforma üzərindən təqdim olunacaq.

 

MənbəApa
Son xəbərlər
Digər xəbərlər