3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan şirkətləri gəlirlərindən dövlətə 3 mlrd. manata yaxın vergi ödəyiblər

Azərbaycanda şirkət və təşkilatlar 2023-cü ilin yanvar-aprel ayları ərzində dövlətə 2 mlrd. 913.6 mln. manat həcmində gəlirindən vergi ödəyib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bu da illik müqayisədə 1 mlrd. 866.3 mln. manat və ya 2.8 dəfə artım deməkdir.

Cari ilin hesabat dövründə Azərbaycan Respublikasının dövlət büdcəsinə 8.29 mlrd. manatlıq vəsait yığılıb. Öncəki ildə bu rəqəm 7.01 mlrd. manat təşkil edirdi.

Məlumat üçün bildirək ki, şirkətlərin bütün gəlirləri ilə gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. Mənfəət vergisi də bu mənfəətin müəyyən edilmiş faiz dərəcəsinə vurulması ilə müəyyən edilir. Hazırda mənfəət vergisi 20% olsa da bu şirkətlərin öncəki maliyyə durumlarına (məsələn yığılmış zərərə görə) fərqli hesablanır.

AR Vergi Məcəlləsinin 105-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20% dərəcəsi ilə vergi tutulur.

Məsələn, müəssisənin hesabat ilində mühasibat mənfəəti 200 000 manat olub. Müəssisə mühasibat uçotunda avadanlıqlara düz xətt metodu ilə, vergi uçotunda isə azalan qalıq metodu ilə amortizasiya xərcləri hesablayır. Hesabat ilində amortizasiya xərcləri mühasibat uçotunda 87 500 manat, vergi uçotunda isə 70 000 manat olub. Fərq 17 500 manat təşkil edir. Beləliklə, mühasibat mənfəəti ilə vergi mənfəəti arasındakı fərq 17 500 manat olacaq. Vergi mənfəəti olacaq 217 500 manat, mənfəət vergisi isə 43 500 manat.

Dövlət büdcəsinin gəlirləri

2023-c ilin yanvar-mart ayları,

milyon manat

  yekuna görə faizlə ÜDM-də payı, faizlə
Gəlirlər – cəmi 8290,0 100,0 27,4
Fiziki şəxslərin gəlir vergisi 359,7 4,3 1,2
Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 2913,6 35,1 9,6
Torpaq vergisi 6,3 0,1 0,0
Əmlak vergisi 83,6 1,0 0,3
Əlavə dəyər vergisi 2140,1 25,8 7,1
Sadələşdirilmiş vergi 87,2 1,1 0,3
Aksiz 306,4 3,7 1,0
Yol vergisi 36,8 0,4 0,1
Mədən vergisi 30,7 0,4 0,1
Xarici iqtisadi fəaliyyətlə bağlı vergilər 387,2 4,7 1,3
Digər daxilolmalar 1938,4 23,4 6,4
Son xəbərlər
Digər xəbərlər