14 C
Baku
Sunday, November 24, 2024

“NATO Vilnüs sammitində Ukrayna üçün çoxillik silah proqramı qəbul edəcək” – Stoltenberq

İyulda Vilnüs sammitində NATO liderləri Ukraynanın Qərb xətti ilə tamamilə yenidən silahlanması üçün ona çoxillik hərbi yardım proqramını qəbul edəcəklər”

Bunu Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq bildirib.

“Vilnüsdə keçiriləcək sammitdə alyans ölkələri Ukraynaya onun sovet tipli doktrina və silahlardan Qərb doktrinalarına tam keçidini təmin etməyə yönəlmiş çoxillik hərbi yardım proqramı qəbul edəcəklər”, – NATO-nun baş katibi bildirib.

Bundan əvvəl Stoltenberq bildirib ki, Şimali Atlantika Alyansı ölkələrinin müdafiə idarələri rəhbərlərinin görüşündə Ukraynaya Qərbdən döyüş təyyarələri verilməsi məsələsi müzakirə olunacaq.

O, həmçinin qeyd edib ki, silah tədarükü ilə yanaşı, onlara xidmət də vacibdir.

Bundan əvvəl Stoltenberq əks-hücum çərçivəsində əməliyyat qərarlarının NATO-nun iştirakı olmadan Ukrayna tərəfindən veriləcəyini, lakin alyansın Ukrayna Silahlı Qüvvələrinə dəstəyini davam etdirəcəyini bildirib. O, həmçinin Böyük Britaniyanın Kiyevi uzaqmənzilli qanadlı raketlərlə təchiz etmək qərarını alqışlayıb.

Son xəbərlər
Digər xəbərlər