“AGA Group” ona məxsus BOKT-nin səhmlərinin 27.5%-ni bu şəxsə ötürüb

Azərbaycanda biznes mərkəzlərinə sahib “AGA Group”un kredit biznesi “City Finance Bank Olmayan Kredit Təşkilatı” MMC-nin səhmlərinin bir hissəsini Habib Zadeh Mohammed Reza Parviz adlı ötürüb.

Banker.az-ın əldə etdiyi məlumata görə, Şirkətlər Qrupu Habib Zadeh Mohammed Reza Parviz adlı şəxsə BOKT-nin səhmlərinin 27.5%-ni satıb.

Beləliklə, 5 mln. manat nizamnamə kapitalının 72.5%-i “AGA Group”a (3 mln. 625 min manat) və 27.5%-i (1 mln. 375 min manatı) Habib Zadeh Mohammed Reza Parvizə məxsus olub.

Mohammad Reza Habib Zadeh “Ferrum Capital”ın təsisçisi və Müşahidə Şurasının sədridir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər