9 C
Baku
Friday, December 13, 2024

“Fleur de la Mer” gəmisinin xəzinəsi

Alimlərin təxminlərinə görə, planetimizdə ümumi dəyəri 900 milyard dollara çatan xəzinələr hələ aşkar edilməmişdir. Qədim sivilizasiyaların, batmış gəmilərin, dəniz quldurlarının və s.lərin xəzinələri hələ də özlərinin yeni sahiblərinə qovuşmamışlar.

Xəzinə axtaranlar Fleur de la Mer (“Dəniz gülü”) gəmisinin xəzinəsini dünyanın ən böyük xəzinəsi, gəmini isə bu günə qədər batmış ən dəyərli gəmi hesab edirlər. Portuqaliyalılar Melaka sultanlığını fəth edərkən qazandıqları zəfərlərin əhəmiyyətli hissəsini bu gəmi ilə həyata keçirmişlər. Lakin gəmi sona qədər öz əzəmətini qoruya bilmir və 1511-ci ildə batır və bu günə qədər Melaka körfəzində naməlum ərazidə sular altındadır.

Xəzinə axtaranlar istənilən an bu gəmi üçün İndoneziyaya getməyə hazırdırlar. Batmış gəmilərdə mövcud olan xəzinələr üzrə ixtisaslaşmış amerikalı Robert Marks sözügedən bu gəmini tapmaq və su üzərinə qaldırmaq üçün 20 milyon dollar xərcləməyə hazır olduğunu bildirmişdir.

Lakin İndoneziya hökuməti bütün təklifləri rədd edərək, xəzinəni yadların yardımı olmadan tapmağa can atırlar. Bu ilin iyul ayında Sumatra adasının sahillərində sualtı arxeoloji ekspedisiyanın işə başlayacağı elan edilmişdi. Arxeoloq Ali Akbarın sözlərinə görə bu körfəzdə “Dəniz gülü”-nün tapılması elə də asan məsələ deyil. Belə ki, bu körfəzdə suyun dərinliklərində 1500-1800-cü illər ərzində batmış 400-ə qədər gəmiyə rast gəlmək mümkündür.

Son xəbərlər
Digər xəbərlər