Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi səfəri çərçivəsində Litva və Azərbaycan arasında sənədlər imzalanıb.
“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı” və “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.