Bəli, Ermənistan Azərbaycan ərazisini 86 min 600 kvadrat kilometr olaraq tanıyır, bura Qarabağ da daxildir.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
O həmçinin, Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyi məsələsinin Bakı ilə Xankəndi arasında müzakirə olunmalı olduğunu qeyd edib.
Əgər biz Azərbaycanla bir-birimizi düzgün başa düşürüksə, o zaman Ermənistan qeyd olunan sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü, Bakı isə Ermənistanın 29 800 kvadrat kilometr ərazisini tanıyır, Baş nazir mətbuat konfransında deyib.