19 C
Baku
Sunday, October 6, 2024

Rabitəbank yeni saytını istifadəyə verdi

Rabitəbank ASC Kartmane-depozit kartının saytını müştərilərin istifadəsinə verib.

Bankdan bildirilib ki, rahat interfeysə malik olan bu sayt vasitəsilə hər bir kəs Kartmane haqqında onları maraqlandıran istənilən suala cavab tapmaqla yanaşı, kartın onlayn sifarişini həyata keçirmək imkanından da faydalanacaqlar.

Saytda, həmçinin onlayn konsultasiya və zəng sifarişi xidməti mövcuddur ki, ondan istifadə etməklə müştərilər birbaşa olaraq bankın məsul əməkdaşlarından kart və bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə edə bilərlər.

Qeyd edək ki, pul yığmaq üçün ideal vasitə olan Kartmane depozit kartı ilə müştərilər depozitlərini özündən ayırmadan müxtəlif növ kart əməliyyatlarını həyata keçirəcəklər. Kartmane vasitəsilə istənilən an pulun komissiya haqqı tutulmadan kartdan çıxarılması və dünyanın bir çox ölkəsində ödənişlər zamanı istifadə etmək mümkün olacaq.

Minimal məbləğ 100 AZN/USD ilə xidmətə qoşularaq istifadəçilərə ödənişsiz olaraq 1 və ya 2 illik Visa Elektron kartı təqdim olunur. AZN valyutasında açılmış kartlar üzrə illik gəlirlik 14 faiz, USD hesabı ilə açılmış kartlarda isə 9 faiz təşkil edir.

Ətraflı məlumatı bankın 133 Məlumat Mərkəzindən və ya rəsmi internet ünvanından əldə etmək olar.

 

 

Son xəbərlər
Digər xəbərlər