İspaniya pilotlarının həmkarlar ittifaqı “Air Europa” aviaşirkətinin əməkdaşlarını yenidən tətil etməyə çağırıb, nəticədə iyunun 2-dək planlaşdırılan ümumilikdə 114 reys ləğv edilib.
Bu barədə EFE agentliyi məlumat yayıb.
Məlumata görə, həm daxili, həm də beynəlxalq reyslər təxirə salınıb. Bazar ertəsi başlayan yeni tətilin iyunun 2-dək davam edəcəyi gözlənilir.
Ləğv edilmiş reyslərin sərnişinlərinə biletini dəyişmək imkanı verilir.