19 C
Baku
Friday, May 3, 2024

Avropada qaz ucuzlaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 320 ABŞ dolları səviyyəsinə enib.

22 may tarixində iyun fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 321.7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (337 dollar) ilə müqayisədə 4.5% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər