Joanna Rowling Harry Potter haqqında silsilə kitabların müəllifidir və hər kəsə aydındır ki, bu kitablarla böyük bir nəsil yetişib. O ilk hekayələrini 5 yaşında olarkən yazmağa başlayıb.
Aşağıda müasir dövrün ən bacarıqlı “sehrbazının” ən məşhur sitatlarını təqdim edirik:
- Keçmiş – onu özümüzlə daşımağımız üçün çox ağırdır. Bəzən gələcək naminə onu unutmaq lazımdır.
- Dünyanı dəyişmək üçün sehrə ehtiyacımız yoxdur – daxilimizdə bu məqsədi həyata keçirmək üçün lazım olan hər şey var: biz xəyalən daha yaxşını təsəvvür edə bilərik…
- Seçimlərimiz bacarıqlarımızdan daha çox bizim əsl mahiyyətimizi izah edir.
- Həqiqət – gözəl, eyni zamanda çox təhlükəlidir. Bu səbəbdən də ona həddindən artıq diqqətlə yanaşmaq lazımdır.
- Həyatda olmaq, günəşin qarlı təpələrin üzərindən necə səmaya qalxmasını izləmək – həyatın ən böyül xəzinəsidir.
- Düşmənlərindən öhdəsindən gəlmək üçün cəsarət tələb olunur. Bundan daha böyük cəsarət isə dostlara əks olaraq getmək üçün tələb olunur.
- Kim olaraq doğulduğun deyil, kim olduğun vacibdir.
- İnsan – onun haqqında son xatirə də öldüyü zaman dünyasını dəyişir.
- Gənclər yaşlı insanların nə hiss etdiklərini və düşündüklərini anlaya bilməzlər. Lakin yaşlılar gənc olmağın nə demək olduğunu unutduqda əsl günahkar olurlar.
- İnsanlar digər insanların haqsızlığını haqlı olduqlarından daha asan qəbul edirlər.
- Bəzən mənim beynim mənim özümü heyrətləndirir.
- Bir insanı yaxşı tanımaq istəyirsənsə onun özü ilə eyni hüquqlu insanlarla deyil, ona tabe olan insanlarla necə davrandığını müşahidə et.
- Hətta bizim ən yaxşılarımız belə öz sözünü geri götürməli olur.