23 may 2023-cü il tarixində Bakı Fond Birjasında “MAX” MMC-nin tədavül müddəti 24 ay, nominal dəyəri 1000 manat olan AZ2001025447 dövlət qeydiyyat nömrəli, 500 min manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Birjanın yaydığı məlumata görə, hərrac zamanı 3 investor tərəfindən 3 sifariş təqdim edilib.
İstiqrazın illik faiz dərəcəsi 13%, faiz ödəniş dövrü isə 90 gündən bir təşkil edir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 500 min manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi də 500 min manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 23.05.2025-ci ildir.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” QSC-dir.