Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 6 799 min barel azalaraq, təxminən 460 825 min barel təşkil edib.
Analitiklər də ABŞ-ın kommersiya neft ehtiyatlarının 525 min barel artacağını proqnozlaşdırıb.
Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.