15 sentyabr tarixində 125 yaşı tamam olan britaniyalı yazıçı Aqata Kristinin qələmindən 60-dan çox dedektiv roman, Mary Uestmekott ləqəbi ilə yazdığı 6 psixoloji roman və 19 hekayələr toplusu çıxmışdır. Aşağıda bir çoxlarımızın sevimli yazıçısı olan Aqata Kristinin ən müdrik məsləhətləri ilə tanış olaq:
- Yaradıcı düşüncənin inkişafına təkan verən ən yaxşı fəaliyyət – qabları yumaqdır.
- Bütün bəlalar ya pulların olmasına görə, ya da olmamasına görə baş verir.
- Yoxlamadan öhdəsindən gəlib-gəlməyəcəyinə əmin ola bilmərsən.
- Ehtiyatlılıq – ən yaxşı silahdır.
- Gənclər elə zənn edərlər ki, yaşlılar axmaqdır. Yaşlılar isə gənclərin axmaq olduğuna əmin olar.
- Yaşlılar gənclərə nisbətən həyatdan daha iki əlli yapışarlar.
- Həyat yoldaşınızın həyat tərzini qəbul edə bilmirsinizsə bu işə girişməyin. Başqa sözlə, ona ərə getməyin.
- Gənc qızların nə oxuduqları məni dəhşətə gətirir. Üstəlik, özlərini elə nümayiş etdirirlər ki, sanki oxuduqlarından zövq alırlar.
- Heç vaxt xoşbəxt olduğunuz yerə qayıtmayın. Bunu etmədiyiniz təqdirdə hər şey beyninizdə canlı olaraq qalır. Ora yenidən getdikdə isə hər şey məhv olacaq.