Mayın 25-də Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə “Qəzalı və yolverilməz vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının 2023-2028-ci illərdə yenilənməsinə və əsaslı təmirinə dair” Dövlət Proqramı layihəsinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, müşavirədə aidiyyatı qurumların rəhbərləri iştirakı ediblər.
Müşavirə zamanı Proqram layihəsi ətraflı müzakirə edilib, təkliflər nəzərə alınmaqla yekun variantının təqdim edilməsinə dair tapşırıqlar verilmişdir.