Türkiyənin silahla təchiz edilmiş ilk pilotsuz gəminin (SİDA) sınaqlarına başlanılıb.
Bu gün hərbi texnika ilk dəfə olaraq dənizə buraxılıb və sınaq uğurlu olub.
Bildirilib ki, ARES şirkətinin istehsalı olan ULAQ pilotsuz gəmiyə 12.7 millimetr kalibrli pulemyotlar yerləşdirilib. Eyni zamanda hərbi texnikada yerli istehsal olan motorlardan istifadə olunub. ULAQ dənizdə yüksək sürətlə hərəkət etmək qabiliyyətinə malikdir.
Pilotsuz gəminin ilin sonuna istifadəyə verilməsi gözlənilir.