Uğur –təkcə Harvardı bitirənlərin və ya lazımı adamlar ilə böyük əlaqələri olan insanların əldə edəcəyi bir şey deyil. Bu aksiomu öz həyatı ilə Rendi Qeyc də təsdiq etmişdir, onu bir zamanlar şəbəkə marketinqinin tanrısı hesab edirdilər . Bu gün onun kitabları ən çox tələb olunan, onun treninqlərini isə ən çox ziyarət olunanlar sırasındadır və bu heç də təsadüfi deyil. Məhz bu insan sübut etmişdir ki, uğur və zənginliyi proqramlaşdırmaq, hətta bunu digər insanlarda tərbiyə etmək də mümkündür, əsas odur ki, vaxtında əsas 7 həyati qanuna əməl edəsən.
Beləliklə, uğurun birinci prinsipi boşluq qanunu adlanır. Qeyc qətiyyən əmindir və qəlbən inanır ki, əgər kimsə yeni qarderob əldə etmək istəyirsə, o əvvəlcə köhnə qarderobundan qurtulmalıdır. Bu qanun o aforizmə əsaslanır ki, həyat boşluq qəbul etmir və həmişə köhnə itkiləri yeni gəlirlər ilə kompensasiya edir. Əlbəttə bu kifayət qədər riskli qanundur, amma Qeycin uğurlarını görəndən sonra elə dərhal bu məsləhətin ardınca getmək istəyirsən.
Daha sonra sirkulyasiya (dövriyyə) qanunu gəlir, bu onu sübut edir ki, sahib olduğunu azadlığa buraxsan, onda çoxdan arzu etdiyini əldə etmiş olarsan. Qeyc hər zaman sarsılmadan və öz yolundan sarpmadan bu qanuna əməl edir. O, öz maliyyələrini və daimi müştərilərini buraxardı ki, daha çox əldə etsin.
Üçüncü prinsip –marketinq və maliyyə dahisindən irəli gələn təxəyyül qanunudur. Bu zaman əvvəlcə öz çiçəklənməni və inkişafını özün təsəvvür etməli və xəyal edilmiş həyat idealını heç kəsə etibar etməli deyilsən.
Daha sonra yaradıcılıq qanunu gəlir. Bu o deməkdir ki, insan yalnız düşüncə, təxəyyül qabiliyyəti və bunlar ilə bir arada həm də intuisiyaya sahib olduqda istənilən bir fəaliyyət sahəsində müvəffəqiyyət qazana və nailiyyətlər əldə edə bilər.
Beşinci qanun mükafatlanmaya əsaslanır. Qeydc dərindən inanır ki, əgər insan şəxsən özünə məxsus bir şeyi kiməsə verirsə, bunu əvəzini tale özü ona qaytarır. Yəni tale insanı etdiklərinin əvəzində bir neçə dəfə daha çox mükafatlandıracaq. Başqa sözlərlə yalnız başqalarına qarşı əliaçıqlıq və paylaşmaq adəti, paylaşan insanın özünün həyatına çoxsaylı rifah və var dövlət cəlb edir.
Onluq qanunu -məhz bu prinsipə Rendi hələ öz uğur yolunun lap başlanğıcında ikən xüsusi ilə dəyər verirdi. Bu öz gəlirinin 10%-ni başqalarının xeyrinə sərf etməyi nəzərdə tutur (qeyd edək ki, dahi Rokfeller də ömrü boyu bu qanuna əməl etmişdir). Belə bir onluq əlbəttə ki, sizə yüz qat artıq şəkildə geri qayıdacaq.
Və əlbəttə ki, hər bir varlı və uğurlu insanın əməl etməli olduğu sonuncu prinsip –bağışlamaq qanunudur. Qəlb daima müxtəlif emosiyaların və hisslərin toplaşdığı bir məkandır. Əgər o qəzəb, nifrət və kinlə dolu olsa, onda heç bir məhəbbət və uğur ona yol tapa bilməyəcək, belə bir səddi aşmağa onların gücü yetməz. Buna görə də sizi küsdürən insanları bağışlamaq və onların sizə vurduğu yaraları unutmaq lazımdır.
Əlbəttə, bu qanunlar heç də təzə xəbər deyil, amma bunlarda məhz elə bir həyat həqiqəti gizlənib ki, bu bir sıra insanlara işgüzar sahədə inanılmaz dərəcədə uğur qazandırıb və şəxsi həyatlarında işləri yoluna qoymağa kömək edib.