“İrəvan və Bakı arasında razılaşdırılmış və imzalanmağa hazır sülh müqaviləsi yoxdur”.
Bunu parlamentin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan Kişinyovda sülh müqaviləsi imzalanmasının mümkünlüyü barədə danışarkən bildirib.
“Ermənistan tərəfi Vaşinqton görüşündən əvvəl verdiyi təkliflərə hələ Azərbaycandan cavab almayıb”, – o əlavə edib.
Paşinyanın sözlərinə görə, Moskvadakı üçtərəfli görüşdə Qarabağ və Laçın dəhlizindəki vəziyyət müzakirə olunub.