12 C
Baku
Saturday, November 23, 2024

“UnionPay” debet kartları bazar payına görə “Visa”nı ötüb

2022-ci ildə “UnionPay” debet kartları ilə əməliyyatların payı 40.03% olub, “Visa”nın payı 38.78% təşkil edib. Amerika ödəniş sisteminin kartları ilə əməliyyatların həcmi 14 109 milyard dollar, Çin ödəniş sisteminin kartıarı ilə əməliyyatların həcmi isə 16 227 milyard dollar  olub. Xatırladaq ki, 2021-ci ildə “Visa”nın bazar payı 39.53%, “UnionPay”in bazar payı isə 38.68% olaraq qiymətləndirilib.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

2022-ci ilin mart ayında beynəlxalq ödəniş sistemləri “Visa” və “MasterCard” Rusiya Federasiyasında fəaliyyətini dayandırıb. Bunun fonunda ruslar “UnionPay” kartlarına tələbatı artırıblar. Buna baxmayaraq, bir çox xarici onlayn mağazalar Rusiyada buraxılmış “UnionPay” kartları ilə ödənişləri qəbul etmirlər.

“UnionPay” sanksiyalara məruz qalan banklarla əməkdaşlıqdan imtina edib, həmçinin xaricdə buraxılmış kartlarının Rusiyada qəbulunu məhdudlaşdırıb.

Son xəbərlər
Digər xəbərlər