14 C
Baku
Saturday, November 23, 2024

ABŞ 30%-lik mayninq vergisini ləğv edir

Son danışıqlar prosesi zamanı ABŞ Prezidenti Co Bayden və Nümayəndələr Palatasının nümayəndəsi Kevin Makkarti ölkənin dövlət borcunun tavanını artırmaq üçün prinsipial razılığa gəliblər. Bir neçə ay davam edən bu həlledici danışıqlar hələki rəsmi olaraq ratifikasiya olunmamış ilkin razılaşmaya gətirib çıxarıb.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Ən diqqətəlayiq təkliflərdən biri rəqəmsal aktivlərin mayninqinə tətbiq edilən aksis vergisinin ləğv edilməsi olub. Bu vergi kriptovalyuta mayninqi şirkətləri tərəfindən istifadə edilən elektrik enerjisinin dəyərinin 30 faizini əhatə edir. Bununla belə, yeni borc tavanı sazişinin bir hissəsi olaraq ABŞ konqresmeni Uorren Devidson təklif olunan verginin uğurla bloklandığını təsdiqləyib.

Əldə edilmiş irəliləyişlərə baxmayaraq, bununla razılaşmayanlar da var. Konqresdəki bir neçə respublikaçı borcun yuxarı həddi ilə bağlı ilkin razılaşmadan narazılıqlarını ifadə edərək, onun əleyhinə səs verməklə hədələyiblər.

Son xəbərlər
Digər xəbərlər