17 C
Baku
Saturday, October 5, 2024

New-York haqqında bilmədiklərimiz

New-York – möhtəşəm və bir çoxlarının arzusunda olduğu şəhərdir. Hazırda burada 8,4 milyon insan yaşayır. Aşağıda bu şəhər haqqında bilmədiyiniz və hətta bəlkə təsəvvür belə etmədiyiniz faktları təqdim edirik: 

  • New-York metrosunda 12 152 həyat növü (həşəratlar və bakteriyalar da daxil olmaqla) aşkar edilmişdir.
  • Fövqəladə hallar istisna olmaqla New-York-da siqnallamaq qadağandır. Hər birimizin artıq düşündüyü kimi, buna baxmayaraq yenə də siqnaı səsini adi hallarda da eşitmək mümkündür.
  • Şəhər 1789-cu ildə ABŞ-ın ilk paytaxtı elan edilir. Düzdür, bu cəmi 1 il davam etmişdi.
  • 2018-ci ildə New-York-da ilk yeraltı park yaradılacaq.
  • Şəhərdə pəncərəsiz göydələn var.
  • Manhetten 1626-cı ildə yerli əhalidən hazır ki məbləğlə 1000 dollara alınmışdı.
  • New-York-lular ildə akulalardan daha çox adam dişləyirlər.
  • Qışda şəhər rəhbərliyi dəmir yolları buzla örtülməsin deyə onları yandırırlar.
  • İntihar hallarından dünyasını dəyişən new-yorkluların sayı, qətl zamanı həlak olan insanların sayından çoxdur.
  • Delavar hindularının dilində “Manhetten” sözü “çoxsaylı təpələr adası” mənasını verir.
  • New-York – dünyada polşalı əhaliyə sahib ən böyük şəhərdir (Varşavadan sonra).
  • Şəhər əhalisinin demək olar ki, yarısı məişətdə ingilis dilindən istifadə edir.
  • New-York-da Walmart mağazası yoxdur.
  • New-York-da digər Asiya ölkələrində olduğundan daha çox çinli və İsrail sərhədlərindən kənarda istənilən şəhərdə olduğundan daha çox yəhudi yaşayır.
  • Hər 38-ci amerikalı New-York-da yaşayır.
  • Dünyada qızıl külçələrinin 25%-i Wall-Street anbarlarında (Federal ehtiyat bankında) saxlanılır.
  • Hər bir 21-ci new-york-lu milyonçudur.
  • Şəhərə Cənub qütbünə yağdığından təqribən 15 dəfə artıq qar yağır.
  • Eynşteynin gözləri şəhərdə mövcud seyflərdən birində saxlanılır.
  • Empire State Building özünün poçt indeksinə sahibdir.
  • New-York-da 800 dildə danışılır ki, şəhər bu göstərici ilə dünyada ən böyük dil müxtəlifliyinə sahibdir.
Son xəbərlər
Digər xəbərlər