Azərbaycan və İsrail arasında kibertəhlükəsizlik sahəsində aktiv kommunikasiya başlayıb.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatlarla çıxış zamanı deyib.
“Nisbətən yeni əməkdaşlıq etməyə başladığımız sahələrdən biri kibertəhlükəsizlik sahəsidir. Biz çox şadıq ki, indi kibertəhlükəsizlik sahəsində aktiv kommunikasiya başlayıb. Sirr deyil ki, bu gün kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin vacib faktıdır. İsrail şirkətlərinin bu sahədəki böyük təcrübəsi bizim üçün faydalı olacaq”, – dövlət başçısı qeyd edib.
Prezident İlham Əliyev vurğulayıb ki, hədəflərə nail olunması və təhdidlərdən qorunulması baxımından gənc nəslin bu istiqamətdə təlimi və təhsili fundamental faktordur.