10 C
Baku
Friday, December 13, 2024

Azərbaycan neftinin büdcə qiyməti 60 dollara qaldırılır

Yenilənmiş makroiqtisadi proqnozlara əsasən baza ssenaridə ilin qalan dövrü üçün neftin bir barrelinin orta ixrac qiyməti 60.0 ABŞ dolları götürülür (4 aylıq fakt 85.8 ABŞ dolları). 2023-cü ildə ÜDM-in real ifadədə 1.8 faiz artmaqla 111.6 milyard manata (əvvəlki proqnoza nəzərən 5.6 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in real ifadədə 4.9 faiz artmaqla 77.7 milyard manata (əvvəlki proqnoza nəzərən 4.4 milyard manat çox) çatacağı proqnozlaşdırılır. Orta illik inflyasiyanın isə cari ildə 10.4 faiz (əvvəlki proqnoza (6.9 faiz) nəzərən 3.5 faiz bənd çox olacağı gözlənilir.

Son xəbərlər
Digər xəbərlər