Bakının Yasamal rayonu ərazisində uçmaq təhlükəsi ilə üz-üzə olan ikimərtəbəli binaları yaxın vaxtlarda modern, gözoxşayan çoxmərtəbəli binalar əvəz edəcək.
Söhbət Sübhi Salayev, Zivərbəy Əhmədbəyov, Cəlil Məmmədquluzadə, Fuad İbrahimbəyov, Əlibaba Abdullayev küçələrinin kəsişməsində yerləşən, 18-19-cu əsrlərə aid evlərdən gedir.
Artıq bir həftəyə yaxındır ki, həmin ünvanlarda yaşayanların ərazidən kirayə mənzillərə köçürülməsinə başlanılıb. Evlərini tərk edən vətəndaşlara çoxmərtəbəli binalarda öz evlərinin sahəsindən 20 kvadratmetr əlavə sahəsi olan mənzillər təklif olunur.
Yeni binaların tikiləcəyi müddət ərzində isə vətəndaşlara kirayə pulu verilir.