14 C
Baku
Saturday, November 23, 2024

Gömrük Komitəsi “Aqro-Azərinvest”i xarici valyutaya görə cərimələyir

“Gilan Holding” MMC-yə bağlı aqrar şirkət “Aqro-Azərinvest” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta törədilməsinə dair protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Xəzər rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Zaur Tağıyevdir.

İXM-in 483 maddasinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan azca miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə -inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.

“Aqro-Azərinvest” şirkəti 2004-cü ildə Azərbaycanın Qəbələ rayonunda təsis edilmişdir. Onun məqsədi şərab istesalıdır.

Son xəbərlər
Digər xəbərlər