UEFA Avropa Liqasında (AL) 2022/2023 mövsümünün qalibi müəyyənləşib.
Həlledici görüşdə İspaniyanın “Sevilya” klubu ilə İtaliya təmsilçisi “Roma” qarşılaşıb.
Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da baş tutan oyun ispaniyalıların qələbəsi ilə yekunlaşıb.
Oyunda əsas vaxt 1:1 hesabı ilə başa çatıb.
Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penaltilər seriyası baş tutub.
Futbol “lotoreyası”nda daha dəqiq oynaya ispanlar 4:1 hesabı ilə qələbə qazanıb.
Bununla da “Sevilya” 7-ci dəfə UEFA Avropa Liqasının qalibi olub.