Tailand Asiyanın ən müstəqil ölkəsidir. “Tailand” tay dilindən tərcümədə “azad insanların vətəni” deməkdir. Bu Cənub-Şərqi Asiyanın Avropa ölkələrinin müstəmləkəsi altına düşməyən yeganə ölkəsidir.
Tailand kralı – dünyanın ən uzun müddət hakimiyyətdə olan monarxıdır. Tailandlılar ona böyük hörmət bəsləyir və bunun üçün səbəbləri də kifayət qədər çoxdur. Phumipon Adulyadet süni buludların yaardılması patentinə sahib olmaqla yanaşı, ölkədə körpü və bəndlər inşa etdirmişdir. Bununla yanaşı, o saksafonda əla ifa edə bilir. Phumipon Adulyadet ölkə himnini bəstələmiş, öz yelkənini inşa etmişdir və bacarıqlı rəssamdır.
Hazırda Tailandda 2555-ci ildir. Tailandlılar il hesablanmasını Buddanın doğulduğu tarixdən başlamışlar. Bəzi digər asiya ölkələri də bu tarixdən istifadə etsələr də arada bir neçə il fərq mövcuddur.
Dünyanın bir çox ölkələrində 12 və 24 saatlıq vaxt hesablanmasından istifadə edildiyi halda, Tailandın əksər hissəsində 6 saatlıq zaman hesablanmasından istifadə edilir.
Tailandın paytaxtı olan Banqkok şəhərinin adı dünyanın ən uzun şəhər adına sahibdir. Şəhərin adı belədir: “Krung Thep Mahanakhon Amon Rattanakosin Mahintarayutthaya Mahadilok Phop Nopparat Ratchathani Buriram Udomratchanivet Mahasatan Amon aux Piments Avatan Sathit Sakkathattiyya Vitsanukam Prasit”-dir.
Ölkə sahib olduğu bir çox cəhət ilə Ginnesin rekordlar kitabına düşməyi bacarmışdır. Belə ki, dünyanın ən böyük qızıldan Budda heykəli, ən böyük timsah ferması, ən böyük restoran və ən hündür otel məhz burada yerləşir.
Dünyanın ən kiçik məməli heyvanı olan donuz burunlu yarasa (Craseonycteris thonglongyai) məhz bu ölkədə yaşayır və qəpiyin çəkisindən daha az ağırlığa sahibdir.
Əvvəllər Tailandda kral da daxil olmaqla bütün gənc kişilər özlərinin 20 yaşlarına qədər qısa müddətlik də olsa mütləq olaraq buddist rahib olmalı idilər.
Tailandda baş – bədənin ən vacib hissəsidir. Buna görə də bu ölkədə insanın başına (hətta körpə uşağın belə) toxunmaq xoş qarşılanmır. Bununla yanaşı, tailandlılar status baxımından özlərindən yüksək olan şəxslə qarşı-qarşıya dayandıqda hörmət əlaməti olaraq başlarını onların başlarından nisbətən aşağıda tutmağa çalışırlar. Bununla yanaşı, burada ayaq bədənin ən çirkli və aşağı dərəcəli hissəsi hesab edilir. Buna görə də, bu ölkədə kiməsə nəyisə işarə etdikdə ayaqlarınızdan istifadə etməməyiniz məsləhətdir.