NATO-nun Baş katibi Yens Stoltenberq yaxın vaxtlarda Türkiyəyə səfər edəcək.
Bunu o, Alyansın xarici işlər nazirlərinin Norveçdə keçirilən qeyri-rəsmi toplantısında deyib.
Baş katib Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsveçin NATO-ya üzvlüyü məsələsini müzakirə edəcək.
Səfərin dəqiq tarixi açıqlanmayıb.
Qeyd edək ki, İsveç və Finlandiya 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün ərizə ilə müraciət etmişdi. Türkiyə bu ölkələrin Alyansa üzvlüyü üçün terrorçuları dəstəkləməmələri ilə bağlı şərt irəli sürmüşdü. Finlandiya Ankaranın bu tələblərini yerinə yetirib.
Finlandiya bu ilin aprelində NATO-ya üzv olub. Lakin İsveç Türkiyənin şərtlərinə əməl etmədiyinə görə Ankara Helsinkinin quruma qoşulmasının əleyhinə səs verib. Nəticədə İsveç hələlik NATO-ya qəbul edilməyib.